Biz illər üzrə statistikaya baxsaq, hər il görmək mümkündür ki, qəbul olanların sayı artır.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində qeyd edib.
Onun sözlərinə görə, bu il də qəbul olanların sayında artım var:
"Qeyd edim ki, plan yerləri 96,27% dolub. Bu da öz növbəsində yüksək göstəricidir. Belə ki, bu ixtisas qrupları üzrə fərqlidir. I ixtisas qrupu üzrə 92,25%, II ixtisas qrupu üzrə 98,12%, III ixtisas qrupu üzrə 99,80% DT və TC altqrupları üzrə baxsaq, TC üzrə 100% plan yerinin dolduğunu görə bilərik. IV ixtisas qrupu üzrə 95,39%, V ixtisas qrupu üzrə isə 96,84% plan yerləri dolub."