1967-ci ildən sonra ilk dəfə olaraq Suriya Prezidenti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında nitq söyləyəcək. 1news.az xəbər verir ki, Suriya Prezidenti Əhməd Şara sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT-nin 80-ci Baş Assambleyasında çıxış edəcək. Bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Prezident Şara Assambleyada iştirak edəcək və çıxış edəcək. Bəyanatda vurğulanıb ki, Əhməd Şara 1967-ci ildən bəri BMT Baş Assambleyasında çıxış edəcək ilk Suriya Prezidenti olacaq.