EN

Paris-İrəvan reysini həyata keçirən təyyarə Parisə qayıdıb

Fransanın “Transavia” aviaşirkətinin Parisdən İrəvana uçan təyyarəsi havada bir neçə dönüş etdikdən sonra Parisin Orli hava limanına qayıdıb.

Operativ Media xəbər verir ki, buna səbəb təyyarənin qapısının zədələnməsi olub.

Məlumata görə, Boeing 737-800 İrəvana saat 16:10-da çatmalı idi. Lakin təxminən bir saat yarım davam edən uçuşdan sonra Parisə qayıdıb.

 

1Sources