EN

Texasda sənədsiz tələbələrin təhsil haqqı artırılır 

ABŞ-nin Texas ştatında qeyri-qanuni statuslu tələbələr üçün illərlə tətbiq olunan “in-state tuition” - yəni yerli tələbələrə tətbiq edilən aşağı təhsil haqqı hüququ ləğv olunub. Bu qərar Trump administrasiyası ilə Texas hakimiyyəti arasında əldə olunan razılaşma nəticəsində qüvvəyə minib.

AzEdu.az "The Washington Post"a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, qeyri-qanuni statuslu tələbələr artıq yalnız “out-of-state tuition” - yəni əcnəbilər üçün nəzərdə tutulan yüksək təhsil haqqını ödəməli olacaqlar. Bu məbləğ isə əvvəlki ödənişlə müqayisədə 3-4 dəfə baha başa gəlir. Nəticədə on minlərlə tələbə üçün təhsil almaq demək olar ki, mümkünsüz hala çevrilib.

Mütəxəssislər bildirirlər ki, qərar yalnız Texasla məhdudlaşmır. Administrasiya bu siyasəti Kentucky, Minnesota və Oklahoma kimi digər ştatlarda da genişləndirməyi planlaşdırır.

Universitetlər isə hələ də yeni qaydalara uyğunlaşmağa çalışır. Terminlərdəki qarışıqlıq, DACA statuslu tələbələrin də bu dəyişiklikdən təsirlənməsi əlavə çaşqınlığa səbəb olub. Tələbə hüquqlarını müdafiə edən təşkilatlar məhkəmələrə müraciət edərək qərarın geri çəkilməsinə çalışır.

Hüquq müdafiəçiləri bu addımın təhsil əlçatanlığını kəskin şəkildə məhdudlaşdırdığını, yüzlərlə gəncin gələcək planlarını alt-üst etdiyini vurğulayır.

Chosen
12
azedu.az

1Sources