Polşanın Baş naziri Donald Tusk Kanadalı həmkarı Mark Karni ilə görüşündə bildirib ki, münaqişə başa çatdıqdan sonra ölkəsi Ukraynaya qoşun göndərməyi planlaşdırmır.
APA xəbər verir ki, bu barədə məlumatı Polşanın "Wirtualna Polska" nəşri verib.
Baş nazir qeyd edib ki, ölkəsi Ukraynaya maddi-texniki yardımın təşkilinə və “Avropa-Rusiya, həmçinin Avropa-Belarus sərhədlərinin qorunmasına” cavabdeh olacaq.