EN

“Biznesin yerləşdiyi yer” indikatorunun 2025-ci il üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanıntəşkilatçılığı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələləriDövlət Xidmətinin rəhbərlik etdiyi “Əmlakın qeydiyyatı və icarəsi”işçi qrupunun onlayn iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyatNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasındabildirilib.

Qeyd olunub ki, dövlət və özəl sektor nümayəndələrinin iştiraketdiyi iclasda “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı vəicarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin vəkommunikasiyanın həyata keçirilməsi, müvafiq tədbirlərin icravəziyyəti, 2025-ci ilin birinci yarımilliyi ərzində görülən işlərbarədə məlumat verilib və müzakirələr aparılıb.

Bildirilib ki, əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini,işçi qrupunun rəhbəri Rüstəm Şahbazov iclas iştirakçılarına YolXəritəsinin icrası çərçivəsində daşınmaz əmlakın qeydiyyatı vəkadastrı ilə bağlı həyata keçirilən tədbirlər və layihələr barədəməlumat verib.

"Biznes mühiti və beynəlxalq reytinqlər üzrə KomissiyanınKatibliyinin rəhbəri Vüsal Şıxəliyev “Əmlakın qeydiyyatı vəicarəsi” işçi qrupunun fəaliyyət istiqamətləri və qarşıda duranəsas hədəfləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)”indikatoru ilə bağlı Yol Xəritəsinin təqdimatı keçirilib.Bildirilib ki, Yol Xəritəsində özbaşına tikintilərlə bağlı mövcudvəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi aktlayihəsinin hazırlanması, daşınmaz əmlakın qeydiyyatı sahəsindəgöstərilən xidmətlərin tam elektronlaşdırılması istiqamətindəişlərin görülməsi, dövlət reyestrində məlumatlara əlçatanlığıntəmin edilməsi və digər məsələlər əksini tapır," - deyə məlumatdaqeyd olunub.

Məlumata görə, sonda Yol Xəritəsi üzrə tədbirlərin vaxtında,keyfiyyətlə və mahiyyəti üzrə icra edilməsinin vacibliyivurğulanıb, iclas iştirakçılarının sualları cavablandırılıb.

Chosen
43
3
az.trend.az

7Sources