EN

Bakıda 8 dəhşətli yanğında 49 nəfər həlak olub - YADDAŞ

Paytaxtda son illər məşum yanğın hadisələri baş verib. Bu yanğınlar həm yaşayış binalarında, həm də iri ticarət mərkəzlərində qeydə alınıb. Bəzi hallarda hadisələr insan tələfatı ilə nəticələnib, bəzilərində isə böyük miqdarda maddi ziyan dəyib. 

Yenisabah.az son illərdə baş vermiş ən çox diqqət çəkən yanğın hadisələrini təqdim edir:

1. Azadlıq prospekti, yaşayış binası: 19 may 2015-ci ildə səhər saatlarında (10:30) Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Dominos pizza

Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər yaralanıb. Yanğının baş verməsinə səbəb kimi binanın üzərinə çəkilmiş poliuretan üzlüklər göstərilib.

2. Respublika Perinatal Mərkəzi: yanvar 9-da 2024-cü ildə (saat 03:35-də) Xətai rayonu ərazisində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisə nəticəsində 7 yenidoğulmuş körpə həyatını itirib, 4 nəfər xəsarət alıb. Mərkəzə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

3. “Diqlas” Ticarət Mərkəzi: 26 mart 2019-cu ildə Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində bina tamamilə yararsız hala düşüb. Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənib.

4. “Dərnəgül” taxta bazarı: 23 noyabr 2023-cü ildə Nərimanov rayonu, Dərnəgül şossesində yerləşən ticarət mərkəzində (“Dərnəgül taxta bazarı”) yanğın baş verib. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.

5. “Sədərək” Ticarət Mərkəzi: 24 avqust 2024-cü ildə Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın qeydə alınıb. İlkin məlumatlara görə, ölən və yaralanan olmayıb.

6. "Karvan” Ticarət Mərkəzi: 9 oktyabr 2014-cü ildə Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində yanğın olub. Nəticədə 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.

7. “EuroHome” tikinti materialları bazarı: 10 dekabr 2019-cu ildə Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında güclü yanğın baş verib. Təxminən 5 hektar ərazidən 2 hektarı yanıb.12 may 2020-ci ildə həmin bazarda təkrar yanğın olub. Bu dəfə ümumi sahəsi 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb.

8. Respublika Narkoloji Mərkəzində yanğın: Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 13 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzində 2 mart 2018-ci ildə yanğın baş vermişdi. Hadisə nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
53
32
yenisabah.az

10Sources