EN

"Milan" "Sportinq"in hücumçusunu transfer edir

BAKI, 25 avqust. TELEQRAF

İtaliya "Milan"ı Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Konrad Harderi heyətinə qatmağa yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

"Rossoneri"lər 20 yaşlı hücumçu üçün Lissabon təmsilçisinə 24 milyon avro birbaşa, əlavə olaraq isə 3 milyon avro bonus ödəyəcək. "Sportinq" danimarkalının növbəti satışından 10% gəlir əldə edəcək.

"Transfermarkt" portalı Harderin dəyərini 24 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Konrad Harder ötən mövsüm ərzində meydana çıxdığı 54 oyunda 13 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Chosen
8
teleqraf.com

1Sources