EN

Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycanın Belçika və Aİ-dəki səfiri Vaqif Sadıqov Qazaxıstanın Brüssel, Aİ və NATO-dakı diplomatik missiyasının rəhbəri Roman Vasilenko ilə görüşdə Bakı və Astana arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib...

Bu barədə “Report” Vasilenkonun sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verib.

Qazaxıstanlı diplomat "səmimi qəbula və məzmunlu söhbət"ə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib.

Vasilenkonun sözlərinə görə, görüş zamanı diplomatlar Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) inkişaf perspektivlərini, Cənubi Qafqazdakı vəziyyəti, həmçinin AzərbaycanQazaxıstan arasında ticarət və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Poliqon.info

Chosen
64
1
poliqon.info

2Sources