FÜZULİ, 25 avqust. TELEQRAF
Füzulidə iki ay öncə kanlada batan yeniyətmənin axtarışları üçün Baş Mil kanalının suyu qurudulub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, kanal boyunca 20 gün axtarış aparılsa da, tunel hissədə suyun çoxluğu səbəbindən oraya lazımi şəkildə baxış keçirilməyib.
Nihat Nağızadənin atası Vüqar Nağızadə bir daha aidiyyəti qurumlara müraciət edərək, suyun qarşısının kəsilməsi üçün kömək istəyib. Bu səbəbdən bu gün Baş Mil kanalının Füzuli rayonu Böyük Bəhmənli ərazisindəki Birinci Bunkerdə suyu tamamilə qurudulub.
Əslən Aşağı Seyidəhmədli kəndindən oland və Zobucuq 4 qəsəbəsində yaşamış 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə iyunun 26-da rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda batmışdı.
Hazırda Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, həmçinin Mülki müdafiə qoşunlarının qüvvələri yenidən yeniyetmənin meyitinin axtarışlarına başlayıb.
Hazırda axtarışlara davam etdirilir.