EN

Gəncədə ana və oğlu bıçaqlandı - Gəlin saxlanıldı+Yenilənib

Gəncədə iki nəfər bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Daşkəsən rayon sakini Nazlı Paşayevə və onun oğlu 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

İlkin məlumata görə, onlara xəsarət yetirən şəxs qohumlarıdır.

Faktla bağlı araşdırma başlanılıb.

***

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Məmmədova saxlanılaraq istintaqa təhvil verilib.​ Araşdırma davam etdirilir.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 16:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Sol bazunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən 1970-ci il təvəllüdlü və sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri stabil olan şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir”.

***

A.Məmmədovanın ailənin gəlini olduğu bildirilir. 

Yunis Quliyev

Chosen
42
7
qafqazinfo.az

10Sources