EN

Muğam müsabiqəsinin qalibi: Sənətimi layiqincə davam edəcəyəm

“Muğam” Televiziya Müsabiqəsi çox vacib layihədir. Bir xanım üçün milli dəyərlərimizi qoruyan möhtəşəm bir layihədə yer alıb qalib olmaq həddindən artıq məsuliyyətlidir".

Apa-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi Aytac Bəybalayeva deyib.

"Birinci yerə layiq görüldüm. Sənətimi layiqincə davam edəcəyəm. İnsan xaraktercə özgüvənli olmalıdır. Mən də hər zaman səhnəyə çıxanda özümə güvənirdim. Qalibiyyəti əldə etdim. Özümü və həmkarlarımı təbrik edirəm", - o bildirib.

Chosen
14
3
apa.az

4Sources