EN

Baş Mil kanalında 2 ay əvvəl batmış şəxsin cəsədi tapılıbFOTO

Bu il iyunun 26-da Baş Mil kanalının Füzuli rayonunun Kərimbəyli kəndindən keçən hissəsində batmış Nihad Vüqar oğlu Nağızadənin cəsədi tapılıb.

Xezerxeber.az xəbər verir ki, axtarış işləri üçün bu gün səhər saatlarında kanalda su minimum səviyyəyə endirilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Qarabağ Regional Mərkəzinin, həmçinin Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları və texnikalar cəlb edilib.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində N. Nağızadənin meyiti kanaldan tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

  • Baş
  • Baş
  • Baş
Chosen
1
5
xezerxeber.az

7Sources