EN

Bəxtiyar Ərsay vəzifəsindən azad edildi

Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ərsay yeni işinin icrası ilə əlaqədar Azərbaycandakı vəzifəsindən gedib.

Publika.az xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. Ərsay bir müddət əvvəl səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, Bəxtiyar Ərsay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

Chosen
38
41
publika.az

10Sources