EN

Ağdərədə meşəlik ərazisində yanğın başlayıb

Ağdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Sırxavənd kəndi ərazisində yerləşən meşəlik ərazisində anidən yanğın başlayıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bundan başqa əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Chosen
22
9
apa.az

10Sources