EN

Azərbaycanlı bloger zəhərləndi: xəstəxanaya yerləşdirildi - FOTO

Bloger Ramal İsayev xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, Dubayda olan bloger ölümdən döndüyünü deyib.

O, zəhərləndiyini bildirib:

"Dünən gecə qəfil halım pisləşdi, qida zəhərlənməsi olduğunu sonradan öyrəndim. Zəhərlənmə qanıma keçmişdi və təcili xəstəxanaya yerləşdirildim. Hələ də xəstəxanadayam və bir neçə gün burada qalmalıyam. Sağlamlıq hər şeydən önəmlidir. Nə yediyimizə, nə içdiyimizə, harda yediyimizə çox diqqət etməliyik. Allah heç kimi belə bir vəziyyətə salmasın".

Chosen
13
7
publika.az

8Sources