EN

Bu il məktəblər sentyabrın 20-i başlayacaq? - DƏYİŞİKLİK GÖZLƏNİLİR

Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi yeni tədris ilinin “start” götürəcəyi tarixə təsadüf edir. Belə ki, məktəb və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə yollarda yaranan sıxlıq Formula-1-in “start” götürməsi ilə daha da çıxılmaz hal ala bilər.

Paytaxtda bununla bağlı hansı çətinliklər olacaq? Bu məsələnin həlli istiqamətində hansı addımlar atıla bilər?

Milli Məclisin deputatı Fazil Mustafa Referans-a açıqlamasında bu sualları cavablandırıb.

“Bu məsələnin necə tənzimlənəcəyi ilə bağlı məlumat yoxdur. Lakin bu dövrdə çox böyük çətinlik olacaq. Çünki Formula-1 yarışının başlama tarixinin, eyni zamanda məktəb və ali təhsil müəssisələrində dərslərin “start” götürəcəyi günlərin üst-üstə düşməsi hər halda böyük bir sıxlıq və çətinlik yaradacaq. Mənim fikrimcə, bu böyük bir problem olarsa, dərslərin sentyabrın 20-də başlanması barəsində sərəncam da verilə bilər. Bu daha məntiqli olar. Çünki bu qədər qarmaqarışıq bir vəziyyətin yaranması həqiqətən də arzuolunan deyil”. pizza


Telegram kanalımız
Chosen
32
13
yenisabah.az

10Sources