EN

Zaqatalada fındıq bağlarına zərərverici həşərat yayılıbVİDEO

Zaqatalada fındıq bağlarına yeni zərərverici həşərat yayılıb. Bu həşərat fındıq kollarının yarpağı ilə qidalandığından budaqlar quruyur.

Xezerxeber.azın məlumatına görə, son zamanlar fındıq kollarına qəhvəyi mərmər bağacığı ziyan vururdusa, bu il daha bir həşərat peyda olub. Fındıq kollarının yarpağını yeyən xırda yaşıl qurdlar, budaqlara da tor sarıyır. Nəticədə həm meyvə, həm də budaq məhv olur.

Məlumata görə, zərərverici həşəratlar Balakən və Qaxda da yayılıb.

Vəziyyətlə bağlı Aqrar Xidmətlər Agentliyinin Balakən Bitki Mühafizəsi və Fumiqasiya Regional Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, yeni yayılan zərərverici Amerika ağ kəpənəyidir, karantin zərərvericisidir, 250-ə yaxın bitki ilə qidalanır. Yetkin dişi fərd 1500-dən çox yumurta qoya bilir. Yayılması Gürcüstanla həmsərhəd kəndlərdə daha çoxdur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



 

Chosen
34
xezerxeber.az

1Sources