EN

Şəkidə 11 yaşlı oğlan xəstəxanada vəfat edibVİDEO

Şəkidə 11 yaşlı oğlan xəstəxanada vəfat edib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Cumakənd kəndinin sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayevin səhhəti son 3 gündə daha da pisləşdiyi üçün ailə üzvləri onu Şəki Rayon Mərkəzi Xəstəxanasına aparıblar. 

Kəskin ağrıları olan 11 yaşlı uşaq xəstəxanaya çatdırılıb.

Müayinə zamanı uşaqda anadangəlmə ürək qüsurları ilə başqa problem də aşkarlanıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada vəfat edib.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayevə kəskin ürək çatışmazlığı və assit, yəni qarın boşluğunda mayenin yığılması diaqnozu təyin olunub. Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



Chosen
33
xezerxeber.az

1Sources