Bakının Qaradağ rayonu, Puta və Korköz qəsəbələrinə gedən yolun üzərində yerləşən və aprel ayında bir hissəsi uçmuş körpü hələ də təmir olunmayıb.
Xezerxeber.az-ın mÉ™lumatına görÉ™, mövcud vÉ™ziyyÉ™t sÉ™bÉ™bindÉ™n yolda avtomobillÉ™rin hÉ™rÉ™kÉ™ti çətinləşib.Â
"Xəzər Xəbər"ə müraciət edən sürücülər deyirlər ki, nəqliyyat vasitələri hər iki istiqamətdən eyni anda gələndə, bir-birlərini gözləməli olurlar. Bu isə əsasən sutkanın qaranlıq saatlarında qəza riskini artırır.
Yoldan mütəmadi istifadə edən sürücülər bildirirlər ki, körpüdən əsasən ağırtonnajlı yük avtomobilləri hərəkət edir. Körpünün uçmasına səbəb isə ilin əvvəlində yağan yağışlar olub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, yaxın günlərdə sözügedən körpünün tam təmir bərpa işlərinin aparılması nəzərdə tutulub. Eləcə də təhlükəsizlik tədbirləri çərçivəsində yol nişanları qoyulacaq.
Xezerxeber.az mövzu ilÉ™ baÄŸlı daha É™traflı videomaterialı tÉ™qdim edir.Â
Â
Â