EN

Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti AÇIQLANDI

Ajans.az xəbər verir ki, TƏBİB-dən bu barədə bildirilib ki, 25.08.2025-ci il tarixində saat 16:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol bazunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən 1970-ci il təvəllüdlü və sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Qeyd edək ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Nazlı Paşayevə və onun oğlu 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən isə O.Paşayevin həyat yoldaşı A.Məmmədovadır. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
69
7
Ajans.az

10Sources