EN

Dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan Roma güləşçiləri Vətənə qayıdıblar

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, komanda qitə birinciliyində 1 dəst medal qazanıb.

Yığmamız 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 90 xal toplayıb və dünya üçüncüsü olub. Mlli həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Yığmanın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
4
baku.ws

5Sources