EN

ABŞ Prezidenti Şimali Koreya ilə münasibətləri yaxşılaşdıracağını açıqlayıb

Vaşinqton, 25 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə danışacağını bildirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Cənubi Koreya Prezidenti Li Çje Menlə görüş zamanı deyib. O, Kim Çen Inlə danışıqlar aparacağını açıqlayıb.

“O, Baydenlə görüşmək istəmədi, çünki ona hörmət etmirdi, amma biz onunla görüşməyi səbirsizliklə gözləyirik və münasibətlərimizi yaxşılaşdıracağıq”,- deyə Tramp qeyd edib.

O, prezidentliyinin ilk dövründə Şimali Koreya lideri ilə yaxşı münasibətlərinin olduğunu diqqətə çatdırıb və əlavə edib ki, əgər o, Prezident olsaydı, yarımadada vəziyyət pisləşməyəcəkdi.

Cənubi Koreya lideri Li Çje Men onun bu fikri ilə razılaşdığını təsdiqləyib. O, Trampın Koreya yarımadasında yeni era başladacağına inandığını vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
17
24
azertag.az

10Sources