EN

"Bəzi abituriyentlər ixtisas seçimi zamanı ciddi səhvlərə yol veriblər"VİDEO

Bəzi abituriyentlər ixtisas seçimi zamanı ciddi səhvlərə yol veriblər.

Xezerxeber.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, 15 ixtisas arasında seçim edərkən ardıcıllıq gözlənilməyib. Ekspertin fikrincə, ixtisas seçimi zamanı əvvəlki illərdə formalaşmış ballara görə düzülüş etmək ən ciddi yalnışdır.

Ekspert vurğulayıb ki, IV ixtisas qrupunda 600-dən yuxarı bal toplayan abituriyentlər xüsusilə belə səhvlərə yol veriblər.

Kamran Əsədov deyir ki, istisas seçimi zamanı abituriyentlər yalnız əvvəlki illərin ballarını deyil, həm də mövcud il üçün tələbatı və dəyişiklikləri nəzərə almalıdırlar. 

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
66
xezerxeber.az

1Sources