EN

Qəzzada döyüşlər dayanır? - Tramp tarix açıqladı

ABŞ Prezidenti Donald Tramp Qəzzada döyüşlərin yaxın həftələrdə bitə biləcəyini açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə o, jurnalistlərin sualını cavablandırarkən deyib.

 

“Düşünürəm ki, yaxın 2-3 həftə ərzində siz olduqca inandırıcı nəticəni görə biləcəksiniz", - deyə Tramp bildirib.

 

O qeyd edib ki, nə vaxtsa bu məsələ həll olunacaq. “Bu bitməlidir, amma insanlar 7 oktyabrı unuda bilmirlər”,- deyə ABŞ Prezidenti əlavə edib. O, Benyamin Netanyahu ilə tez-tez əlaqə saxladığını vurğulayıb.

Chosen
15
7
modern.az

9Sources