EN

“Zamanla daha yaxşı olacağımıza inanıram” Kaxaber Tsxadadze

ain.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Qəbələ” Misli Premyer Liqasının 2-ci turunda doğma meydanda “Zirə”yə 1:2 hesabı ilə uduzub.

İdmanxeber.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib:

“Çox gərgin oyun oldu. Bizə daha çox təcrübə lazımdır. 19-20 yaşlı uşaqlar inkişaf etməlidir. Oyundan-oyuna onlarda artım gözləyirik. Ümumi götürəndə yaxşı oyun oldu. Zamanla daha yaxşı olacağımıza inanıram. Əsas odur ki, meydanda oyunumuz görünürdü. Hesabda öndə olduğumuz zaman da qol vurmaq üçün imkanlarımız oldu. Həmin epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik. Növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirə biləcəyik”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
2
idmanxeber.az

3Sources