EN

Cəlal Hüseynov sona qədər oynadı

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvü Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, onun çıxış etdiyi "Arda" 6-cı turda səfərdə "Slaviya" ilə qarşılaşıb.

Sofiyada keçirilən qarşılaşma "Slaviya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətdə meydana çıxan Cəlal görüşü əvəzolunmadan keçirib.

Qeyd edək ki, "Arda" mövsümdə ikinci dəfə uduzub və 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.

Chosen
15
1
teleqraf.com

2Sources