EN

İsrailin hava zərbələri nəticəsində Yəməndə ölənlərin sayı 10-a çatıb, 92 nəfər yaralanıb

İsrailin husilərin mövqelərinə endirdiyi hava zərbələri nəticəsində Yəməndə ölənlərin sayı 10-a yüksəlib.

Bu barədə husilərin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Sana şəhərindəki “Xaziz” elektrik stansiyası və yanacaq doldurma məntəqəsinə endirilən zərbələr nəticəsində 10 nəfər ölüb, 92 nəfər isə yaralanıb.

Chosen
17
7
demokrat.az

8Sources