EN

İran Rusiyanı İsrailə kəşfiyyat məlumatı verməkdə ittiham etdi

İran rəsmiləri bildiriblər ki, Rusiya 12 günlük münaqişə zamanı İsrailə kəşfiyyat məlumatları təqdim edib.

Editor.az xəbər verir ki, bu barədə Seenergyir telekanalına müsahibəsində İranın Siyasi Məqsədlərin Müəyyənləşdirilməsi Şurasının üzvü Seyid Məhəmməd Sadr açıqlama verib.

«Rusiya İsrailə İranın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqelər barədə məlumat verib», — deyə Sadr bildirib.

Eyni zamanda, Sadr Rusiyayla münasibətlərin qorunmasının vacibliyini vurğulayıb, lakin ona tam etibar etməməyi tövsiyə edib.

//Samir Qurbanov, Editor.az

Chosen
17
editor.az

1Sources