EN

Tramp Seuldən o bazanı istədi

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağ Ev rəhbəri Donald Tramp rəsmi Seuldan Koreya Respublikasında icarəyə götürülmüş böyük hərbi bazanın mülkiyyət hüququnun ABŞ-a keçməsini xahiş etməyi düşünür.

Axar.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə cənubi koreyalı həmkarı Li Cje Myon ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bəlkə də, etmək istədiyim işlərdən biri onlardan bizim böyük bir qalamız olan torpağın mülkiyyət hüququnu təhvil vermələrini xahiş etməkdir. Söhbət böyük hərbi bazadan gedir. Mən görmək istərdim ki, biz icarədən qurtula bilək, nəhəng hərbi bazamız olan torpaqlara sahib ola bilək", - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
84
3
axar.az

10Sources