ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinin adını “Müharibə Departamenti” adlandırmağı düşünür.
Axar.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp Birinci və İkinci Dünya Müharibələri zamanı departamentin "Müharibə Departamenti" adlandırıldığını xatırladıb:
"Bu, Müdafiə Nazirliyi adlanır. Məncə, adı dəyişəcəyik. Əgər həqiqəti bilmək istəyirsinizsə, tezliklə paylaşacağımız bəzi məlumatlarımız ola bilər".