EN

Kamçatkada 1 sutkada 15-dən çox yeraltı təkan qeydə alındı

BAKI, 26 avqust. TELEQRAF

Kamçatkada 8,8 bal gücündə zəlzələdən sonra yeraltı təkanlar davam edir.

Teleqraf xəbər verir ki, alimlər 24 saat ərzində 18 seysmik hadisə qeydə alıblar.

Məlumat Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən verilib.

Xəbərdə bildirilir: "Son 24 saat ərzində 18 yeraltı təkan olub. Onlardan ikisinin maqnitudası iki bala qədər hiss olunub".

Hazırda regionda beş vulkanda aktivlik qeydə alınıb. Alimlərin fikrincə, zəlzələlər vulkanların bəzilərini oyadıb.

Chosen
13
teleqraf.com

1Sources