BAKI, 26 avqust. TELEQRAF
Birləşmiş Ştatlar bu həftə Yaponiya ilə ticarət sazişini rəsmən elan etmək niyyətindədir.
Teleqraf “Fox News”a istinadən xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lutnik deyib.
Bu sazişə əsasən, ABŞ Prezidenti Donald Trampın administrasiyası təxminən 550 milyard dollar investisiya alacaq.
Amerikalı nazir bildirib: “Yaponiya ilə bu həftə elan edəcəyimiz müqavilə Donald Trampın sərəncamına 550 milyard dollar verəcək”.
Lutnik müqavilənin təfərrüatlarını açıqlamayıb, lakin bu sövdələşmədən əldə edilən vəsaitlərin ABŞ-də nadir torpaq metalları, yarımkeçiricilər və tibbi dərman sənayesinin inkişafına yönəldiləcəyini bildirib.