Türkiyəli məşhur müğənni İrem Derici xəstəxanaya yerləşdirilib.
Â
Məşhur aparıcı Ece Erken, müğənni İrem Dericinin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Bu səhər "Gel Konuşalım" adlı proqramın qonağı olması gözlənilən sənətçi qəfil səhhətində yaranan problem səbəbindən efirə qatıla bilməyib.
Â
Lakin sevənlərini narahat buraxmaq istəməyən İrem Derici xəstəxana palatasından video göndərərək səhhəti ilə bağlı məlumat verib.
Â
Sənətçi videoda bunları deyib:
Â
"İndi antibiotik vurdular, sonra da vitamin verəcəklər. Həm boğazım, həm də qulaqlarım iltihablanıb. Xəstəxanaya gələndə temperaturum 38,9 idi. Kimin nəzəri dəydisə..."
Â
Hazırda müğənninin müalicəsinin davam etdiyi bildirilib.
Â
Milli.az