Vaşinqtonda keçiriləcək görüşlərdə iqtisadi əməkdaşlıq və qarşılıqlı güzəştlər müzakirə olunacaq...
Poliqon xəbər verir ki, Çinin ticarət nazirinin müavini Li Çenqan yaxın günlərdə Vaşinqtona səfər edəcək. O, ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir və ya onun müavinləri, eləcə də Maliyyə Nazirliyinin yüksəkvəzifəli rəsmiləri ilə görüşəcək. The Wall Street Journal-ın yazdığına görə, Li Çenqan həmçinin ABŞ biznes dairələrinin nümayəndələri ilə də müzakirələr aparacaq.
Nəşrin məlumatına görə, son vaxtlar Donald Tramp administrasiyası Pekinlə bağlı ritorikasını yumşaldıb. ABŞ prezidenti Çinə qarşı iqtisadi razılaşma əldə etmək cəhdlərinə xüsusi diqqət ayırır. Rəsmi şəxslər iki ölkə liderləri – Donald Tramp və Si Cinpin arasında mümkün sammitin təşkil olunması barədə də danışıqlar aparırlar. Bununla belə, iki böyük iqtisadi güc arasındakı “ticarət gərginliyi” hələ də davam edir.
Gözlənilən danışıqlarda Çin nümayəndəsi ABŞ-dan soya alışını müzakirə edəcək. Bu məsələni daha əvvəl prezident Donald Tramp israrla gündəmə gətirmişdi. Eyni zamanda, Li Çenqan ABŞ-ın yüksək texnologiyalı məhsullarının Çinə satışına qoyulmuş məhdudiyyətlərin yumşaldılması üçün təkid etməyi planlaşdırır.
Poliqon.info