EN

"Everton” gənc futbolçunu transfer etdi

İngiltərənin "Everton” futbol klubu Tayler Diblinqin transferini açıqlayıb.

"Unikal"ın məlumatına görə, 19 yaşlı cinah oyunçusu “Sauthempton”dan heyətə cəlb olunub.

İngiltərənin perspektivli futbolçularından sayılan Diblinqlə 4 illik müqavilə imzalanıb. Müqavilənin əsas dəyəri 35 milyon funt sterlinq təşkil edir, əlavə olaraq 5 milyon bonus ödənişləri nəzərdə tutulub.

Chosen
7
3
unikal.az

4Sources