EN

Bakıda orta aylıq əməkhaqqı 11 manat azalıb – Rəsmi


Bu ilin yanvar-may aylarında Bakı şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 374,9 manat olub.
Yeniavaz.com
Bakı Şəhər Statistika İdarəsinin açıqladığı sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövr ilə (yanvar-aprel) müqayisədə 11 manat azalıb.
Belə ki, bu ilin yanvar-aprel aylarında Bakıda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 385,9 manat qəpik olub.
Onu da bildirək ki, ardıcıl 4 aydır paytaxt Bakıda orta aylıq əməkhaqqı azalır:
Yanvar – 1 332,6 manat;
Yanvar-fevral – 1 303,2 manat;
Yanvar-mart – 1 357,3 manat;
Yanvar-aprel – 1 385,9 manat;
Yanvar-may – 1 374,9 manat.


Elnur Əli
Chosen
5
26
yeniavaz.com

10Sources