EN

Ermənistanda hərbçi güllələndi

Ermənistanda güllə yarası alan hərbçi xəstəxanaya yerləşdirilib.

Busaat.az xəbər verir ki, bu barədə yerli KİV-lər ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Hərbçi hazırda həkimlərin nəzarəti altındadır, həyatına təhlükə yoxdur”, – məlumatda qeyd edilib.

KİV-in məlumatına görə, hadisə Geğarkunik vilayətindəki mövqelərdən birində baş verib. Əsgərin hansı şəraitdə yaralandığı hələ ki, məlum deyil.

Chosen
12
13
busaat.az

10Sources