EN

“Zirə”nin kapitanı üsyan etdi: “Qəbələ” azarkeşləri məndən nə istəyir?

Misli Premyer Liqasının II turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçının (1:2) ardından qonaqların kapitanı Qismət Aliyevlə yerli azarkeşlər arasında gərginlik yaşanıb.

“Qəbələ” akademiyasının yetirməsi olan təcrübəli futbolçu fanatlarla arasında yaşananlara İdmanxeber.az saytına müsahibəsi zamanı aydınlıq gətirdi:

“Bu azarkeşlərin çoxunu tanıyıram, görüşüb dəfələrlə söhbət etmişik. Hamısı məni çox yaxşı tanıyırlar. Amma oyunun ortasında elə söz deyirlər ki…Şəxsən mən  özümə yaraşdırmıram o sözü. Bəlkə də ayrı futbolçuya desələr, keçib gedər. Amma mən edə bilmirəm. 13-14 il bu klubda tər tökmüşəm, akademiyasında yetişmişəm. Onlara başa salmaq istəyirəm ki, niyə mən? Sizə neyləmişəm?Məndən nə istəyirsiniz? Heç bir bəhanələri yoxdur. Hərəsi bir tərəfdən qışqırır. Mən onlara heç nə etməmişəm.

Siz də oyunlarda olursunuz. Bu günə qədər futboldan kənar heç nə olmayıb. Bir var komandadan pis gedəsən, sağollaşmayasan və s. Amma belə şey olmayıb axı. Heç bu dəqiqə 13-14 il bir komandanın şərəfini qoruyan oyunçu yoxdur. Pisimə gələn odur. Buradan başqa heç bir yerdə mənim azarkeşlərlə problemim olmayıb. Ancaq Qəbələdə olur. Mənimlə nə problemləri var bilmirəm. Oturub özləri fikirləşsinlər. Futboldan kənar burada azarkeşlərlə neçə illərimiz keçib. İndi həmin adamlar mənə belə davranırlar. Bu da mənə çox pis təsir edir”.

Chosen
22
idmanxeber.az

1Sources