EN

“Mançester Siti” Donnarumma ilə razılığa gəldi

“Mançester Siti” PSJ-nin qapıçısı Canluici Donnarummanı heyətinə qatmaq üzrədir.

İdmanxeber.az xəbər verir ki, tərəflər artıq müqavilənin şərtlərində razılıq əldə ediblər.

PSJ əvvəlcə 26 yaşlı qolkiper üçün 45-50 milyon avro tələb etsə də, futbolçunun gələn il azad agent statusu qazanacağını nəzərə alaraq qiyməti endirməyə məcbur qalıb.

Xatırladaq ki, Donnarumma 2021-ci ilin yayında “Milan”dan ayrılaraq azad agent kimi Paris klubuna keçmişdi. Son aylarda onun PSJ-ni tərk etmək istədiyinə dair xəbərlər də mətbuatda yer alıb.

 

Chosen
10
idmanxeber.az

1Sources