Türkiyənin qocaman restoranlar şəbəkəsi "Emirgan Sütiş" Bakıda 2-ci filialını açıb.
Marja.az xəbər verir ki, şəbəkənin yeni filialı Bakı şəhəri, Nizami küçəsi 60 ünvanında (Tarqovı, Nərgiz Mall) yerləşir.
Bakıda ilk "Emirgan Sütiş" restoranı Ənvər Qasımzadə küç. 4 ünvanında fəaliyyətə başlayıb.
Qeyd edək ki, "Emirgan Sütiş" 1953-cü ildən bəri ənənəvi reseptləri öz xidmət keyfiyyəti ilə birləşdirərək təqdim edir.