EN

Azərbaycanda daşınmaz əmlak bazarının həcmi 500 milyard dolları keçə bilər

Bu ilin sonuna qədər Azərbaycanda daşınmaz əmlak bazarının həcminin 501,33 milyard ABŞ dollarına çatacağı gözlənilir. SİA-nın Beynəlxalq Statistika Komitəsindən əldə etdiyti məlumata görə, bunun 403,46 milyard ABŞ dolları bazarın əsas seqmenti olan yaşayış evlərinin payına düşəcək.

2025–2029-cu illərdə bu seqmentin illik orta artım tempi 7,39 % təşkil edəcək və nəticədə 2029-cu ildə bazarın həcmi 666,65 milyard ABŞ dollarına yüksələcək.

"Azərbaycanın daşınmaz əmlak bazarında lüks mülklərə tələbat artmaqdadır. Bu tendensiyanın əsas səbəblərindən biri ölkəyə yönələn xarici investisiyaların çoxalmasıdır", - deyə məlumatda qeyd olunub.

Bu il dünyada daşınmaz əmlak bazarından ən yüksək gəlirin ABŞ-da qeydə alınacağı proqnozlaşdırılır – 136,6 trilyon ABŞ dolları.

Chosen
50
8
sia.az

9Sources