EN

Ruslar bu üç şəhərə axın edirlər - Səbəb nədir?

Rusların köçməsi üçün ən populyar şəhərlər Kalininqrad, Novorossiysk və Yaroslavl olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı Pavel Seleznevin araşdırmasında qeyd edilib.

Miqrasiya cəlbediciliyinə görə Rusiya şəhərlərinin ilk onluğuna həmçinin Soçi, Krasnodar, Tümen, Sankt-Peterburq, Kazan, Sevastopol və Smolensk daxil edilib. Moskva 11-ci yeri tutub.

Araşdırma müəllifinin sözlərinə görə, paytaxta köçmək istəyənlər çox olsa da, onu tərk etməyə can atanlar da kifayət qədər çoxdur. Alim bunu belə əsasıandırıb: “Çox vaxt insanlar Moskvaya pul qazanmaq üçün gəlirlər və daimi olaraq qalmağı planlaşdırmırlar”.

Chosen
13
1
publika.az

10Sources