EN

“Gənclərin biznes emalatxanası”: Qəbələdə 25 məzun avadanlıqlarla təmin olunub

ain.az, Azertag saytına istinadən bildirir.

Qəbələ, 26 avqust, Mustafa Dadaşov, AZƏRTAC

“Gənclərin biznes emalatxanası” layihəsini uğurla başa vuraraq müvafiq avadanlıqlarla təmin edilmiş peşə təhsili mərkəzinin məzunları ilə görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi davam etdirilir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 28 məzunu layihə çərçivəsində biznes təlimlərini uğurla başa vuraraq avadanlıqlarla təmin olunublar. Onlar un məmulatlarının istehsalı, dərzi, poliqrafiya, qadın gözəllik salonu və avtoelektrik xidmətləri üzrə fəaliyyət göstərəcəklər. Artıq məzunlardan biri un məmulatları istehsalı üzrə sahibkarlıq fəaliyyətinə başlayıb.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçıları ilə görüşüblər. Görüşdə layihə ilə bağlı məzunların təəssüratları dinlənilib, sahibkarlıq fəaliyyəti və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb.

KOBİA nümayəndələri, həmçinin “Gənclərin biznes emalatxanası” layihəsindən yararlanmış gəncin təsis etdiyi “Gülüm” Şirniyyat Evinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinə 2021-ci ildə başlanılıb. Məqsəd peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təşviq olunması və özünüməşğulluğunun təmin edilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. Layihə gənclərin əmək bazarına hazırlıqlı çıxışı və dayanıqlı məşğulluğunun təmin olunmasında da əhəmiyyətlidir. İndiyədək Bakı, Abşeron, Qəbələ, Ağdam, Cəlilabad, Tovuz, Kürdəmir, Ağstafa, Masallı, Gəncə və Şəmkir rayonlarından olan və peşə təhsili məktəblərində təhsil almış 65 nəfər layihə çərçivəsində müvafiq avadanlıqlarla təmin edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
9
azertag.az

10Sources