EN

Rüzgar həmin ailədə ölən üçüncü uşaq imiş - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Şəkinin Cumakənd kəndində 11 yaşlı Rüzgar Ağabalayev ürək çatışmazlığından vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, Rüzgarın ailəsi bu barədə “Baku Tv”ya danışıb.

Anası Çimnaz Ağabaleyava bildirib ki, Rüzgarı hər gün xəstəxanaya aparıb-gətiriblər:

“Marif həkim dedi ki, mən suyun ürəyinə, ciyərinə yığıldığını bilmədən ona əl vura bilmərəm. Həkim dedi ki, uşağın son saatları, dəqiqələridir, nə deyək əl vuraq ona. Elə stolda uşağın canı çıxdı”.

Anasının sözlərinə görə, Rüzgar məktəbə getməyib, evdə təhsil alıb:

“Onun o qədər arzuları var idi ki, heç yerə sığan deyil”.

TƏBİB-dən isə bildirilib ki, 2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və qarın boşluğunda mayenin yığılması diaqnozu təyin olunub. Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Qeyd dək ki, Ağabalayevlər ailəsinin bundan əvvəl 2 və 3 yaşlı iki qız övladı da xəstəlikdən ölüb.

Ətraflı videomaterialda:

Chosen
36
12
cebheinfo.az

10Sources