EN

Son dövrlər aktivləşən BƏLƏDİYYƏLƏR Onların tələb etdiyi vergiləri ÖDƏMƏLİYİKMİ? ARAŞDIRMA

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son günlər yerlərdə bələdiyyələr xüsusi aktivlik göstərir. Bu aktivlik əsasən əmlak və torpaq vergisi istiqamətindədir. Bələdiyyə əməkdaşları bildirişlər paylayır, xəbərdarlıqlar edir.Maraqlıdır ki, bildirişlərin bir çoxunda ödənilməsi vacib olan xeyli vəsait göstərilir...Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, müşahidə edilən  aktivliyin səbəbi ondan ibarətdir ki, bələdiyyələr torpaq və əmlak vergisinin toplanışını ilin ikinci yarısında adətən yoxlamaların güclənməsi, maliyyə planlarının icrası və hesabat dövrü ilə əlaqəlidir:“Bundan başqa, büdcə gəlirlərinin artırılması və dövlətin bələdiyyələrin fəaliyyətinə nəzarəti də səbəblərdən biridir. Bəzi hallarda bu aktivlik növbəti ilin büdcəsi üçün vəsait toplama zərurəti ilə bağlı olur”.Torpaq və əmlak vergisi necə hesablanır?Müsahibimiz qeyd edib ki, torpaq vergisini hüquqi və fiziki şəxslər ödəyir:“Ölçü vahidi belədir ki, 1 sot və ya 1 kvadratmetr üzrə dərəcələr  müəyyənləşdirilib. Vergi məbləği torpağın yerləşdiyi yerə və təyinatına görə dəyişir (şəhər, qəsəbə, kənd, həmçinin Bakıda mərkəz və kənar zonalar).Məsələn: Bakı şəhərində yaşayış təyinatlı torpaqlar üçün hər kvadratmetrə görə müəyyən rüsum tətbiq olunur.Əmlak vergisi (bina və mənzil sahibləri üçün) yaşayış evləri və mənzillərə görə hesablanır. Fiziki şəxslər üçün vergi mülkün sahəsinə əsaslanır. 30 kvadratmetrə  qədər sahə vergidən azaddır. 30 kvadratmetrdən yuxarı hissəsinə görə hər kvadratmetr üçün müəyyən tariflər tətbiq edilir (mülkün yerləşdiyi şəhər və zonadan asılıdır).Hüquqi şəxslərdə isə hesablamalar balans dəyərinə görə aparılır. Amma hüquqi səxslər vergini bələdiyyəyə deyil, yerli xəzinadarlıq orqanlarına ödəyir”.Vergi necə ödənilməlidir, ildə bir dəfə, yoxsa hər ay?Sədr bildirib ki, fiziki şəxslər üçün vergi ildə bir dəfə ödənilir:“Son ödəniş tarixi adətən noyabrın 15-i hesab olunur. Həmin dövrdən etibarən ödənilməmiş vergiyə görə cərimələr ("penya") hesablanır. Bu isə vergi məbləğinin şişməsinə səbəb olur”.Vergini ödəməyən vətəndaşı nə gözləyir?

Akif Nəsirli suala belə aydınlıq gətirib:“Cərimə və faizlər – vaxtında ödənilmədikdə gecikmə faizi hesablanır.Torpaq və əmlak vergilərı əslində qanunvericiliklə dövlətə ödənilməli məbləğlərdir. Sadəcə dövlət bələdiyyələri dəstəkləmək məsqsədi ilə fiziki şəxslərin əmlak və torpaq vergilərini bələdiyyəyə yönəldib. Bəzən sakinlar bələdiyyələrə təzyiq vasitəsi olaraq vergi ödəməkdən imtina edirlər. Əslində isə özlərinə zərər vururlar. Çünki sonda məhkəmə qərarı ilə vergiləri cərimələrlə birlikdə ödəməli olurlar. Ona görə də bu vergiləri vaxtında ödəmək daha sərfəlidir”.Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
1
bizim.media

2Sources