Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları 22 əcnəbini deportasiya ediblər.
Operativ Media xəbər verir i, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son günlər həyata keçirilən tədbirlər nəticəsində Gürcüstandan Misir, Hindistan, İordaniya, İran, Keniya, Rusiya, Suriya, Türkiyə, Türkmənistan və Pakistan vətəndaşları çıxarılıb. Deportasiya edilmiş şəxslərin respublikaya gəlməsi qadağandır.
Gürcüstan son vaxtlar qeyri-qanuni miqrantlara qarşı fəal mübarizə aparır. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib. Gürcüstan Daxili İşlər Nazirliyi hər ay onlarla xarici vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.
Şəfa Hüseynli