EN

81 min tələbə ali məktəblərdən xaric edildi - Səbəblər nələrdir?

Ali təhsil müəssisələrində hər il müxtəlif səbəblərdən tələbələrin ali məktəbdən xaric edilməsi prosesi baş verir.

2024-2025-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsi üzrə neçə tələbənin ali məktəbdən ayrıldığı maraq doğurur.

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, ötən il müxtəlif səbəblərdən bakalavriat və magistratura pilləsi üzrə ümumilikdə 81 574 nəfər ali təhsil müəssisəsindən ayrılıb:

“Belə ki, onlardan 69 362 nəfəri bakalavriat, 12 212 nəfəri isə magistr tələbəsi olub".

Xaric olma səbəbləri arasında dövlət hesablı təhsildən ödənişli əsaslarla keçid, ölkədaxili köçürmələr, akademik borc, digər təhsil müəssisəsinə keçid, təhsil haqqının ödənilməməsi, dərs buraxma və ya öz istəyi ilə təhsil sistemindən ayrılma, akademik məzuniyyət (xaricdə təhsil və ya həqiqi hərbi xidmət səbəbi ilə), ölüm halları, diplom alma və digər səbəblər yer alır.

Onlar arasında ən çox diplom alma, təhsil haqqının ödənilməməsi, dərs buraxma və ya öz istəyi ilə ayrılma halları müşahidə olunub. Belə ki, 5 159 nəfər bakalavriat və 1 627 nəfər magistr tələbəsi bu səbəblərdən ali məktəbdən xaric edilib.

Ondan sonra ən çox tələbə - 2 041 bakalavriat və 483 magistr şəxsi məlumatların dəyişməsi səbəbi ilə ali təhsil müəssisəsindən ayrılıb.

Chosen
17
azedu.az

1Sources