Futbol üzrə Misli Premyer Liqasında II turun oyunları başa çatıb.
İlk turda “Qarabağ”la oyunu təxirə salınan “Sabah” səfərdə “Şamaxı”nın qonağı olub. Görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçında “Turan Tovuz” evdə “Araz-Naxçıvan”a uduzub–1:2.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” səfərdə “İmişli” ilə heç-heçə edib–0:0, “Qarabağ” evdə “Sumqayıt”a 0:1, “Kəpəz” “Karvan-Yevlax”a 2:3 hesabı ilə uduzub.
Tura dünən keçirilən “Qəbələ” – “Zirə” matçı ilə yekun vurulub. Gərgin keçən oyun bakılıların qələbəsi ilə başa çatıb – 2:1.
Qabil YUSİFOĞLU
XQ