EN

Alman və yapon avtomobili nostalgiyası

Rusiyada Çin istehsalı olan işlənmiş lüks avtomobillərini satmaq istəyənlərin sayı artır. 

Avtosfer.az xəbər verir ki, bu barədə İzvestiya nəşri elan saytlarını təhlil edərək məlumat yayıb. Bildirilir ki, il ərzində işlənmiş lüks Çin avtomobillərinin satışında orta hesabla 3 dəfə artım qeydə alınıb. 

Ruslar ən çox “Lixiang” markasından qurtulmaq istəyirlər. Bu maşınları satmaq istəyənlərin sayı 4 dəfə artıb. bir neçə il əvvəl bəhbəhlə satılan “Tank” və “Zeekr” brendlərinin elanları 3 dəfə, “Voyah” isə 2,7 dəfə artıb. 

Təkliflərin artması bazar qanununa uyğun olaraq qiymət azalması ilə müşahidə olunub. Bəzi modellərin qiyməti 3 dəfə ucuzlaşıb. Statistika lüks Çin avtomobillərinin Rusiyada orta istismar müddətinin 2,5 – 3 il olduğunu göstərir.

Avtomobil eksperti Roman Titov bildirir: “Çin avtomobilindən imtina edənlərin mütləq əksəriyyəti daha əvvəl Almaniya və Yaponiyada istehsal edilmiş lüks avtomobil sürənlərdir. Onlar Çin maşınına keçdikdən sonra səviyyə fərqini anladılar. Lakin, heç də hər alıcı seçimdəki səhvini etiraf etmir”.

Vüqar

Chosen
8
2
avtosfer.az

3Sources